Tez-tez Verilən Suallar

Voicen TTS nədir?

Voicen TTS mənti avtomatik olaraq insan səsinə çevirən sistemdir.

Voicen TTS necə işləyir?

Siz kompüterinizdən mətn faylını və ya birbaşa mətn yükləyirsiniz, servis qısa vaxt ərzində onu real insan səsinə çevirir. Daha sonra alınan audio faylını mp3 formatında endirə bilərsiniz.

Sistem avtomatikdir?

Bəli. Vocein mətnin səsləndirilməsi sistemi avtomatik sistemdir. Ən son dərin öyrənmə alqoritmlərindən istifadə edilməklə qurulmuş sistem heç bir insan müdaxiləsi olmadan tamamilə avtomatik şəkildə işləyir.

Pulsuz test edə bilərəm?

Bəli. Servisi istifadə etməyə başlayanda sizə 24 min simvolluq test etmə imkanı verilir. Balansınız bitdikdən sonra davam etmək üçün simvol başına kiçik bir məbləğ ödəmək tələb olunur.

Bəzən uzun cümlələri yaxşı səsləndirmir

Əgər daxil edilən cümlədə sözlərin sayı 22-dən çoxdursa, onda sistem bu cümləni avtomatik olaraq bölür. Bu isə bəzən alınan cümlələrin yarımçıq olmasına səbəb olur və səsləndirilən zaman intonasiya itir. Ona görə də məsləhət görürük ki, siz özünüz uzun cümlələri azərbaycan dilinin qaydalarına uyğun şəkildə kiçik cümlələrə böləsiniz. Belə olan halda yüksək keyfiyyətli səsləndirmə alınacaq və çox hallarda real insan səsindən seçilməyəcək.

Xarici sözləri necə səsləndirir?

Mətni sistemə göndərməmişdən əvvəl xarici sözləri azərbaycanca necə oxunursa, o cür dəyişmək lazımdır. Məsələn, "google" sözünü "ququl", "facebook" sözünü "feyzbuk", "news" sözünü "nyus", "voicen.com" frazasını "voisen nöqtə kom" frazası ilə əvəzləmək lazımdır.

Ödəniş vaxtı kart məlumatlarım necə qorunur?

Voicen heç bir halda sizin kart məlumatlarınızı saxlamır. Ödəmə ilə bağlı bütün prosesləri Authorize.Net LLC şirkəti həyata keçirir. Voicen sizin kart məlumatlarınızı təhlükəsiz şəkildə Authorize.Net LLC şirkətinə göndərir.