Tez-tez Verilən Suallar

Voicen necə işləyir?

Siz kompüterinizdən audio/video faylını və ya YouTube linkini servisə yükləyirsiniz, servis qısa vaxt ərzində həmin faylı yazıya çevirir. Daha sonra Voicen mətn redaktoru vasitəsilə istədiyiniz kimi düzəlişlər edib, alınan nəticəni müxtəlif formatda endirə bilərsiniz.

Sistem avtomatikdir?

Bəli. Vocein səsi yazıya çevirən sistemi avtomatik sistemdir. Ən son dərin öyrənmə alqoritmlərindən istifadə edilməklə qurulmuş sistem heç bir insan müdaxiləsi olmadan tamamilə avtomatik şəkildə işləyir.

Transkripsiyanın keyfiyyəti necədir?

Bu daha çox servisə yüklənmiş səs faylının keyfiyyətindən asılıdır. Əgər səs faylı yazılarkən keyfiyyətli mikrofondan istifadə olunarsa, mikrofon ağıza yaxın tutularsa, eyni anda bir nəfər danışarsa, danışarkən ətrafda çox səs-küy olmazsa, onda çox yüksək keyfiyyət əldə olunacaq.

Mətn redaktoru necə işləyir?

Alınan transkripsiya yüklədiyiniz səs faylı ilə sinxron səkildə işləyir. Yəni siz istənilən sözü və ya bir neçə söz birləşməsini seçməklə həmin hissəyə səs faylında qulaq asa bilərsiniz. Bundan başqa, sözləri silə, əlavə edə, rəngini dəyişə, hərflərini böyüdüb və ya kiçildə bilərsiniz.

Pulsuz test edə bilərəm?

Bəli. Servisi istifadə etməyə başlayanda sizə 20 dəqiqə pulsuz test etmə imkanı verilir. Bu vaxt bitdikdən sonra davam etmək üçün dəqiqə başı kiçik bir məbləğ ödəmək tələb olunur.