Video kontentlərin yazıya çevirməyin vacibliyinin bir neçə səbəbi

Kəşf olunma ehtimalınızı artırır
İnternetdə hər hansı bir suala cavab axtarıldığını düşünün. Təbii ki bunun ən sadə yolu axtarılan sualı olduğu kimi Google-a yazmaqdır. Bildiyiniz kimi Google internetdə olan bütün məlumatların mətn versiyasını (!) əvvəlcədən indeksləyib hazır şəkildə öz bazasında saxlayır. Yaxşı, əgər bu sualın cavabı sizin videonuzda olarsa, onda necə olacaq? Aydın məsələdir ki, bu zaman sual cavabsız qalacaq və siz isə min bir zəhmətlə düzəltdiyiniz video kontentin həmin potensial istifadəçinizə çatmasından məhrum olacaqsınız. Bəli deyə bilərsiniz ki başlıqlar, teqlər, təsvirlər ilə bunu aradan qaldıra bilərəm, lakin bunların heç biri sizin video kontenti yüz faiz əhatə edə bilməz. Çünki heç kim açar sözlərlə nə fkirləşmir, nə yazmır, nə də ki danışmır. Hər kəs bunu tam cümləylə edir. Çox az insan axtarışa "avtomobil az benzin" yazır, çoxu "hansı avtomobili almalıyam ki benzin sərfiyatı az olsun, xüsusilə tıxaclarda" bu cür yazır və yazmaq istəyir. Deməli bu problemin təbii yolu videonuzu tam olaraq mətnə çevirməkdir, yəni transkriptsiya etməkdir. Məhz Google-un da hər kəsdən istədiyi budur. Daha keyfiyyətli mətn, kontent daha yaxşı indeks, o da öz növbəsində daha çox trafik deməkdir.

Daha çox insana xitab etmək ehtimalınızı artırır
Hər kəs video kontentə qulaq asa bilmir. Dünyada təqribən yarım milyard eşitmə qüsurlu insan var. Sizin video kontentinizin bu insanlara çatması həqiqətən də təqdirə layiq bir hal olardı.
Ana dili sizin videonun dili olmayan insanların bunu başa düşməsi çox çətindir. Lakin transkriptsiya onların daha yaxşı başa düşmə ehtimalını artırır.
Son olaraq, ictimai yerlərdə sizin videolara qulaq asmaq üçün insanlarda həmişə qulaqcıq olmur. Əgər onların əlində transkriptsiya olarsa, bu problemin öhdəsindən çox rahatlıqla gələrlər.

Videonun məzmunu haqqında daha sürətli informasiya verir
Sayta gələn istifadəçilərin bəziləri, xüsusilə vaxt məhdudiyyətləri olanlar videoya baxmaqdansa onun mətninə sürətli göz gəzdirməyə üstünlük verirlər. Onlara bu cür imkanları verməyiniz yeni istifadəçilər qazanmağınıza kömək edir. Həmçinin videonu yazıya çevirən zaman lazım olan yerlərdə başqa mənbələrə keçidlər qoymağınız oxuyuculara daha dolğun informasiya verməyinizə səbəb olur.

İnterneti zəif olan insanlara çıxış
Mobil internetin qiyməti hələ də kifayət qədər bahadır. Aydın məsələdir ki, video kontenti yazıya çevirsəniz bu istifadəçiləri qazana bilərsiniz.

Siyahını daha da artırmaq olar. Bu imkanları başa düşdük, axı videonu yazıya çevirmək kifayət enerji və vaxt aparır. Hər dəfə video player və mətn redaktoru pəncərələri arasında gedib gəlmək, videonu təkrar-təkrar başa alıb qulaq asmaq çox əziyyətli və bezdirici bir işdir. Məhz buna görə insanlar bu işdən çəkinirlər. Elə bu xüsusda Voicen sizin yardımınıza gəlir. Necə? Voicen məhz bütün bu çətinliklərin aradan qaldırılması məqsədilə qurulan bir servisdir. Bu servis vasitəsilə siz həm səsi yazıya çevirə bilərsiniz, həm də pəncərə dəyişməyə ehtiyac qalmadan yazını redaktə edə bilərsiniz. Voicen audio player ilə mətn redaktoru sinxron şəkildə işləyir. Yazıda seçdiyiniz istənilən yerin səsləndirilə bilməsi sizə çevirmə zamanı baş vermiş hər hansı bir xətanı dərhal düzəltməyə imkan verir. Bundan başqa süni intellekt yazıda cümlələri bir-birindən ayırır və xüsusi isimləri böyük hərflərlə yazır. Bütün işlərinizi bitirdikdən sonra yazını müxtəlif formatlarda (.txt, .doc, .srt, .json) endirə bilərsiniz. Beləliklə, həm vaxtınıza qənaət etmiş, həm də artıq cansıxıcı işdən qurtulmuş olacaqsınız. Elə isə dərhal http://voicen.az linkindən servisi istifadə etmək üçün hesab yaradın və 20 dəqiqə pulsuz transkripsiya imkanı əldə edin.